Birləşmiş Ərəb Əmirliklərindən olan turist: Azərbaycan Formula 1 yarışına möhtəşəm hazırlaşıb

19.09.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 19 sentyabr, AZƏRTAC

Bakıda olmaq və Formula 1 Azərbaycan Qran-prisini izləmək çox xoşdur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Birləşmiş Ərəb Əmirliklərindən olan turist Fərhad Rafik Azərbaycanın 9-cı dəfə ev sahibliyi etdiyi Formula 1 yarışı barədə təəssüratlarını bölüşərkən deyib.

O, Azərbaycanın Formula 1 Qran-Prisinə möhtəşəm hazırlaşdığını bildirib: "Hər şey idealdır. Təşkilatçılıqdan çox razıyam. Həyəcanlıyıq, çünki yarış istədiyimiz kimi keçir. Bakıya gəlincə, inanılmaz dərəcədə möhtəşəm şəhəriniz var".

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-prisinə sentyabrın 21-də yekun vurulacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью