Birləşmiş Ərəb Əmirliklərinin Milli Günü ilə bağlı rəsmi qəbul KEÇİRİLİR | Icma.az
Icma.az, Redaktor.az saytına istinadən bildirir. Bakıda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Milli Günü ilə bağlı rəsmi qəbul keçirilir.
Redaktor.az xəbər verir ki, tədbir Azərbaycan və BƏƏ-nin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
BƏƏ-nin Azərbaycandakı səfiri Mohammed Al Blooshi açılış nitqi ilə çıxış edərək bildirib ki, Birləşmiş Ərəb Əmirliklərinin şəfəqi 1971-ci ilin bu günündə parıldayıb: “Bu gün hər bir BƏƏ vətəndaşının qəlbində əziz xatirə olan gündür - Birləşmiş Ərəb Əmirlikləri dövlətinin yaranmasından 53 il ötür”.
Diplomat daha sonra Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasına (COP29) evsahibliyi etməsindən də söz açıb və uğurlu tədbir münasibətilə Azərbaycan hökumətini təbrik edib: “Bu tədbirdə BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan, eləcə də BƏƏ-dən 22 nümayəndə heyəti iştirak etdi.
BƏƏ beynəlxalq əməkdaşlığın vacibliyinə inanır və həmişə hamıya fayda verən strateji tərəfdaşlıqlar qurmağa çalışır.
Bu gün biz qardaş və dost ölkələrlə ikitərəfli münasibətləri gücləndirmək və sülh, sabitlik və davamlı inkişafa nail olmaq üçün beynəlxalq səyləri dəstəkləmək öhdəliyimizi yeniləyirik”.
Səfir vurğulayıb ki, BƏƏ milli iqtisadiyyatın gücləndirilməsi və mənbələrinin şaxələndirilməsinə xüsusi diqqət yetirib: “Texnologiya, kosmos, təmiz enerji və mədəniyyət kimi həyati əhəmiyyətli sektorlarda lider mövqeyə nail olmaqla yerli, regional və beynəlxalq səviyyələrdə böyük nailiyyətlər əldə etmişik.
BƏƏ inanır ki, regional təhlükəsizliyin gələcəyi güclü çoxtərəfli tərəfdaşlıqdan və sülhpərvər siyasi və iqtisadi vasitələrlə sabitliyə və firavanlığa yönələn ortaq öhdəliklərdən asılıdır.
Tam oxu
Xəbəri oxu