Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezident Qvardiyasının komandanı, general-mayor Ali Al-Kaabi və rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.
XQ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Əvvəlcə nümayəndə heyəti Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin (HHQ) Hava Döyüş Komandanlığında olublar. Burada qonaqlara təlimin gedişi, qarşıya qoyulan tapşırıqlar və hərbi qulluqçuların birgə fəaliyyəti barədə məlumat verilib.
Təlimin gedişi ilə tanış olan qonaqlar şəxsi heyətlə görüşüb, təlimdə istifadə olunan aviasiya vasitələrinə və hərbi texnikalara baxış keçiriblər.
Sonra nümayəndə heyəti Xüsusi Təyinatlı Qüvvələr (XTQ) komandanlığını ziyarət ediblər. Burada qonaqlara XTQ-in fəaliyyəti barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Görüş zamanı tərəflər arasında hər iki ölkənin XTQ-si arasında mümkün əməkdaşlığın inkişaf perspektivləri, eləcə də maraq doğuran digər məsələləri müzakirə edilib.
Daha sonra nümayəndə heyətinin rəhbəri Şərəf Kitabına ürək sözlərini yazıb, göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib, qarşılıqlı təcrübə mübadiləsi baxımından bu cür səfərlərin vacibliyini diqqətə çatdırıb.