Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Azərbaycanda səfərdədir

11.11.2024

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью