Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Bakıdadır

11.11.2024

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycana səfərə gəlib.
Demokrat.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı müdafiə sənayesi naziri Vüqar Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью