Birləşmiş Krallığın Baş naziri Azərbaycana səfərə gəlib

11.11.2024

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmer noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

Gununsesi.info xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev, ölkəmizin Böyük Britaniya və Şimali İrlandiyadakı səfiri Elin Süleymanov və digər rəsmi şəxslər qarşılayıblar.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью