Birləşmiş Krallıq Azərbaycanı mühüm regional tərəfdaş kimi qiymətləndirir” Səfir

21.08.2026

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Cənab Prezident İlham Əliyevə etimadnaməmi təqdim etməyimdən cəmi üç gün sonra sizinlə burada görüşməkdən böyük məmnunluq duyuram. Bu mühüm hadisə Böyük Britaniya ilə Azərbaycan arasında güclü tərəfdaşlığın və gələcək əməkdaşlıq üçün mövcud imkanların bir daha təsdiqi oldu. Bu gün həmin imkanlar barədə fikirlərimi sizinlə bölüşmək istərdim”.

525.az xəbər ki, bunu Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri Dankan Norman

mətbuat konfransında deyib.

O bildirib ki, ilk dəfə 1999-cu ildə həyat yoldaşı Kerri ilə birlikdə Azərbaycana gəlib:

“O zaman Azərbaycan bu vacib rolu öz üzərimə götürmək üçün bu il geri qayıdarkən gördüyüm ölkədən çox fərqli idi.

2025-ci ilin əvvəllərində mən Azərbaycan dilini öyrənərkən Gəncədə bir ailədə qalırdım. Məni evlərinə və həyatlarına qəbul edən bu ailənin səbri və səxavəti mənə bu ölkə haqqında hər hansı bir sinif otağında öyrənə biləcəyimdən qat-qat çox şey öyrətdi. Bu gün gördüyüm Azərbaycan ilk səfərimdə təsəvvür edilməsi belə çətin olan şəkildə dinamik, müasir və dünya ilə bağlantıları olan ölkədir. Lakin bir şey heç dəyişməyib: Azərbaycan xalqının istiqanlılığı və qonaqpərvərliyi. Bu münasibətlər baxımından əlamətdar bir dövrdə Azərbaycana gəlmişəm. Birləşmiş Krallıq Azərbaycanı mühüm regional tərəfdaş kimi qiymətləndirir və mən bu tərəfdaşlığın inkişafını təmin etməkdə qərarlıyam”.

Səfir deyib ki, Birləşmiş Krallıq və Azərbaycan arasında otuz ildən çox əməkdaşlıq tarixi var. Bu münasibətlər enerji sahəsində başlayıb. BP-nin qabaqcıl investisiyası Azərbaycanın müasir iqtisadi tarixinin formalaşmasına töhfə verib və biz hələ də həmin sağlam təməlin üzərində inşa etməyə davam etdiririk.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью