Birləşmiş Krallıq Hörmüzün blokadasında iştirak etməyəcək

12.04.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

Birləşmiş Krallıq ABŞ Prezidenti Donald Trampın elan etdiyi Hörmüz boğazının blokadasında iştirak etməyəcək.

Axar.az xəbər verir ki, bu barədə “Skay Nyus” mənbəyə istinadən məlumat yayıb.

"Biz qlobal iqtisadiyyatı dəstəkləmək və ölkədə yaşayış xərclərini azaltmaq üçün dənizdə sərbəst hərəkəti və Hörmüz boğazının açılmasını dəstəkləməyə davam edirik", - deyə bildirilib.

Qeyd edilib ki, London, Fransa və digər tərəfdaşlarla birlikdə sərbəst dəniz hərəkətini qorumaq üçün koalisiya yaradılması üzərində işləyir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью