Birləşmiş Ştatlar artıq Ukraynadakı müharibəyə pul xərcləmir

31.08.2025

Icma.az, Oxumeni.az saytına istinadən bildirir.

Birləşmiş Ştatlar artıq Ukraynadakı müharibəyə pul xərcləmir

ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar artıq Ukraynadakı müharibəyə pul xərcləmir. NATO indi Kiyev üçün avadanlıq alır.

Bu barədə RBC-Ukrayna onun Daily Caller-ə müsahibəsinə istinadən məlumat yayıb.

Trampın sözlərinə görə, ABŞ Ukraynadakı müharibəyə yüz milyardlarla dollar xərcləyib. Bununla belə, Vaşinqton indi o həddə çatıb ki, NATO Kiyev üçün silah alır və hərbi blokun özü müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırıb.

"İndi biz NATO-ya avadanlıq satırıq. Mən buna nail olmuşam . Heç kim düşünmürdü ki, bu, mümkündür və ödəyir. Biz NATO-ya avadanlıq satırıq. Ukraynaya satmırıq. NATO-ya satırıq. Avadanlıqların pulunu ödəyirlər. Biz müharibəyə pul xərcləmirik. Fərq budur".

Ağ Ev rəhbəri də bir daha vurğulayıb ki, o, Amerika qoşunlarını Ukraynaya göndərmək fikrində deyil. Eyni zamanda, o, təhlükəsizlik zəmanətlərinin verilməsinin tərəfdarıdır.

Əziz Mustafa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью