Birləşmiş Ştatlar parçalana bilər”

10.06.2025

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-da daxili qarşıdurmalar getdikcə artır və cari əsrdə ölkənin bölünməsi baş verə bilər.

Bu fikri öz Teleqram kanalında Los-Ancelesdəki iğtişaşları şərh edən senator Aleksey Puşkov deyib.

"Brüssel Rusiyanın baş verməyəcək parçalanmasını arzulasa da, parçalanmaya əsas namizəd ABŞ ola bilər: bu ölkə Amerika cəmiyyətini sarsıdan güclü parçalanmalara tab gətirə bilməyəcək. Üstəlik, ABŞ-da daxili qarşıdurmalar getdikcə artır. 21-ci əsrdə Birləşmiş Ştatlar parçalana bilər”, - parlamentari yazıb.

O, "Kaliforniyada xaos və idarəolunmazlığın hökm sürdüyünü" qeyd edərək, "ştatın qubernatoru, demokrat Gavin Newsomun mahiyyətcə iğtişaşçıları dəstəklədiyinə və hər şeydə federal hökuməti günahlandırdığına" diqqət çəkdi.

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью