Birləşmiş Ştatların gündəlik neft hasilatı 14 milyon barelə çatır

29.10.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 29 oktyabr, AZƏRTAC

ABŞ-nin sutkalıq xam neft istehsalı artıb.

AZƏRTAC ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına istinadla xəbər verir ki, ötən hesabat həftəsində Birləşmiş Ştatların neft hasilatı 723 min barel artaraq sutkada orta hesabla 13 milyon 992 min barel olub.

Keçən həftə ABŞ-nin neft idxalı əvvəlki həftəyə görə 616 min barel artaraq sutkalıq 6 milyon 374 min barel, neft ixracı da əvvəlki həftə ilə müqayisədə 1 milyon 412 min barel azalaraq gündəlik 4 milyon 854 min barel təşkil edib.

EIA-nın proqnozuna görə, cari ildə Birləşmiş Ştatların neft hasilatı gündəlik orta hesabla 13 milyon 870 min barel, gələn il isə 14 milyon 300 min barel olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью