Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb

24.09.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 24 sentyabr, AZƏRTAC

Birləşmiş Ştatların gündəlik xam neft istehsalı azalıb.

AZƏRTAC ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına istinadla xəbər verir ki, Birləşmiş Ştatların neft hasilatı ötən hesabat həftəsində 5 min barel azalaraq sutkada orta hesabla 13 milyon 939 min barel olub.

Keçən həftə ABŞ-nin neft idxalı əvvəlki həftəyə görə 1 milyon 181 min barel azalaraq sutkalıq 5 milyon 877 min barel, neft ixracı da əvvəlki həftə ilə müqayisədə 1 milyon 550 min barel azalaraq gündəlik 3 milyon 281 min barel təşkil edib.

EIA-nın proqnozuna görə, cari ildə Birləşmiş Ştatların neft hasilatının gündəlik orta hesabla 13 milyon 830 min barel, gələn il isə 14 milyon 260 min barel olacağı gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью