Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 27 avqust, AZƏRTAC
ABŞ-nin kommersiya xam neft ehtiyatları artır.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.
Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 100 min barel artaraq 428 milyon 900 min barel olub. Bazar proqnozları ehtiyatların 1 milyon 600 min barel artacağı istiqamətində idi.
Birləşmiş Ştatların kommersiya ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə 3 milyon 700 min barel azalaraq 289 milyon 700 min barel olub. Ölkənin benzin ehtiyatları da hesabat həftəsində 2 milyon 500 min barel azalaraq 206 milyon 800 min barel təşkil edib.