Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 1 oktyabr, AZƏRTAC
ABŞ-nin kommersiya xam neft ehtiyatları artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 900 min barel artaraq 427 milyon 300 min barel olub. Bazar proqnozları ehtiyatların 700 min barel azalacağı istiqamətində idi.
Birləşmiş Ştatların kommersiya ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə 800 min barel geriləyərək 283 milyon 800 min barel olub. Ölkənin benzin ehtiyatları da hesabat həftəsində 1 milyon 700 min barel azalaraq 204 milyon 400 min barel təşkil edib.