Birlik sədri: Uşaqları məktəbdən uzaqlaşdıran nazirlik əməkdaşıdı

14.11.2025

Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir.

Noyabr bitir… Avqust ayından Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Elm və Təhsil Nazirliyi fərdi təhsil alan 3 sakinimizin yerdəyişməsini heç cür edə bilmir.

Tribuna xəbər verir ki, bu problemi Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə ictimailəşdirib.

O bildirib ki, bu işlərə baxan bir xanım problemi həll etmir:

“Fərdi təhsil üçün maliyyə ayrılır. Bunu isə “tormozladan” bu məsələlərə baxan bir xanımçadır!!!

Tapmaca kimi həyat sürürük…
Açması da məmurların əlində!!!”.

Gülşən Rəsul

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью