Birlik və həmrəyliyin nümunəsi | Icma.az
Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.
Bu günü dünyada yaşayan bütün azərbaycanlılar çox böyük qürurla qeyd edir, haqlı olaraq fəxr edirlər ki, qüdrətli, müstəqil Azərbaycanın vətəndaşlarıdırlar.
Dünya azərbaycanlılarının həmrəyliyi və birliyi üçün Ulu Öndər Heydər Əliyev çox böyük səylər göstərmişdir.
1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib.
Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət edib.
Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib.
Ümummilli lider Heydər Əliyev 2001-ci il mayın 23-də imzaladığı sərəncama əsasən 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirilmişdir.
Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla isə Bakı şəhərində 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II, 2011-ci il iyulun 5-6-da III, 2016-cı il iyunun 3-4-də isə IV qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə vermişdir.
Tam oxu
Xəbəri oxu