Icma.az, futbolpress-az saytına istinadən bildirir.
“Əl-Nəsr” klubu komandanın ulduz hücumçusu Kriştiano Ronaldo ilə bağlı rəsmi açıqlama yayıb və portuqaliyalı futbolçunun klubda uzun müddət çıxış edəcəyinə inandığını bildirib.
Futbolpress.az xəbər verir ki, klubun yaydığı bəyanatda Ronaldonun dünya miqyasında əfsanə olduğunu vurğulanaraq qeyd edilib:
“Bu, sadəcə bir fəsil deyil, sənin yaratdığın tarixdir. Sən təkcə Portuqaliyanın deyil, bütün dünyanın ikonasısan. Portuqaliya sənin, sən isə bütün dünyanın ürəyindəsən. Bir səhifə çevrildi, lakin evində, “Əl-Nəsr”də birlikdə yazacağımız hələ çox tarix var. Hər şey üçün təşəkkürlər, Kriştiano”
Qeyd edək ki, karyerasında 1000 qol vurmağı hədəfləyən 41 yaşlı hücumçu hazırda 1343 rəsmi matçda 985 dəfə rəqib qapılarına yol tapıb. Səudiyyə Ərəbistanı təmsilçisində çıxış etdiyi müddətdə 160 oyunda 138 qola imza atan portuqaliyalı ulduzun tarixi rekorda çatmaq üçün cəmi 15 qolu qalıb.