Birol Akgün Azərbaycan səfirliyində

23.01.2025

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov Türkiyənin Bakıya yeni təyin olunmuş səfiri Birol Akgünlə görüşüb.

Gununsesi.info xəbər verir ki, R. Məmmədov bu barədə “X” hesabında paylaşım edib.

Səfir qeyd edib ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti barədə danışıqlar aparılıb:

“Görüş zamanı Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti haqqında danışdıq və onların inkişafı üçün atılacaq addımlar barədə fikir mübadiləsi apardıq. Əminəm ki, biz qardaş ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi üçün hörmətli həmkarımla sıx əməkdaşlıqda əlimizdən gələni edəcəyik”.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью