Birol Akgün: Kahramanmaraşda salınan Azərbaycan məhəlləsi dostluğumuzun əbədi nişanəsidir

19.02.2025

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Kahramanmaraşda salınan "Azərbaycan məhəlləsi" Azərbaycan Türkiyə dostluğunun əbədi nişanəsidir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri, professor Birol Akgün fevralın 19-da Bakıda Azərbaycanla Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında anlaşma memorandumunun 5 ili: Birgə fəaliyyətə baxış, gələcək hədəflər" mövzusunda keçirilən dəyirmi masada deyib.

Onun sözlərinə görə, Azərbaycan hər zaman Türkiyəyə dəstək olduğu kimi, Türkiyə də daim Azərbaycanın yanında olacaq:

"Bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın cümləsidir. Biz qardaşıq və hər zaman bir-birimizin yanındayıq. Qarabağda gedən bərpa-quruculuq işlərini də dəstəkləyirik. Əlimizdən gələni etməyə hazırıq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью