Birol Akgün: Türkiyə və Azərbaycan sadəcə dost və qardaş deyil...

04.09.2026

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

"Türkiyə və Azərbaycan sadəcə dost və qardaş deyil, bizim taleyimiz də birdir. Çünki dünyada nizamın pozulduğu bir dövrdə bizim əlaqələrimiz nümunədir. Aramızdakı münasibətlərin iqtisadi və sosial tərəflərindən ayrıca danışmağa ehtiyac yoxdur. Çünki bizim çox uzun tariximiz, ortaq mədəniyyətimiz var. Dilimiz bir, inancımız bir, tariximiz birdir".


Demokrat.az oxu.az-a istinadla xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün "Tarixin Qəlbi Xəzərin Sahilində: Şanlıurfa Mədəniyyət Günləri" çərçivəsində keçirilən tədbirdə deyib.
O bildirib ki, hər sahədə Azərbaycan-Türkiyə əməkdaşlığı birdir:
"Xüsusilə, bu münasibətlərin yalnız ölkələr arasında deyil, şəhərlər arasında da inkişaf etməsi bizim üçün böyük əhəmiyyət daşıyır. Qardaş şəhər layihələri, qardaş məktəb layihələri və digər bu kimi təşəbbüslər münasibətlərimizə məna və dərinlik qazandıran çox gözəl nümunələrdir. Təbii ki, bütün bunları həyata keçirərkən, xüsusilə, qədim və köklü tarixə malik Şanlıurfa kimi bir şəhərin gəlib burada, Xəzərin sahilində, Bakıda tədbir təşkil etməsi və "Şanlıurfa Günləri"ni keçirməsi bizim üçün həqiqətən çox mənalı hadisədir".
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью