Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Ümummilli lider Heydər Əliyevin əvvəldən gördüyü işlərin nəticəsi olaraq Qarabağ işğaldan azad olunub".
Oxu.Az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün deyib.
O bildirib ki, ümummilli lider Heydər Əliyev uzaqgörənliyə sahib olan lider idi:
"Həmişə Azərbaycan ilə Türkiyə qardaşlığını "Bir millət, iki dövlət" adlandıran Heydər Əliyev bizə birliyi, bərabərliyi, qardaşlığı öyrədib. Biz Heydər Əliyevi hər zaman sevgi və hörmətlə anırıq".
Aygün Mirakif