Birzina İvanişvili: Dünyada öz layiqli yerimizi mütləq tutacağıq

04.10.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tbilisi, 4 oktyabr, AZƏRTAC

Mən sizə və bütövlükdə bütün seçicilərimzə təşəkkür edirəm. Siz nəhayət ki, bir ildən sonra yenə də doğru yola qayıtdınız və dediniz: “baxın, budur əsl nəticə”.

AZƏRTAC xəbər verir ki, bu sözləri hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının qurucusu və fəxri sədri Bidzina İvanişvili yerli bələdiyyə seçkiləri başa çatdıqdan sonra partiyanın baş ofisi qarşısına toplaşan tərəfdaşlarına müraciətində deyib.

“Seçkilərdə qələbə həqiqətən təsiredicidir. Sizi qələbə münasibətilə təbrik edirəm və əlbəttə ki, sizə, bütün seçicilərimizə və nəhayət bu il öz məqsədinə nail ola bilmiş bütün Gürcüstan cəmiyyətinə minnətdarlığımı bildirmək istəyirəm. Biz seçkilərdə qalib gəlmişik və bu, real nəticədir. Bu, Gürcüstanın, tariximizin layiq olduğu uğurdur. Biz istedadlı xalqıq. Nə vaxtsa, hansısa vəziyyətdə yolumuzu azdıq, amma gücümüzü toplayacağıq və dünyada öz layiqli yerimizi mütləq tutacağıq”, – deyə Bidzina İvanişvili bildirib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью