Bişkek aeroportunda bomba təhlükəsi...

04.03.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Qırğızıstanın paytaxtı Bişkekdəki Manas Beynəlxalq Hava Limanında sərnişinlərin təxliyəsinə başlanılıb.

Axar.az xəbər verir ki, bu barədə "24.kg" məlumat yayıb.

Qeyd olunub ki, reyslərə sərnişinlərin qeydiyyatı dayandırılıb.

“Parklanmada olan avtomobillərdən birinə bomba qoyulması barədə məlumat daxil olub. Hazırda aeroport binası boşaldılır”, - məlumatda vurğulanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью