Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bişkek şəhərinin yaxınlığında yerləşən yerli azərbaycanlıların da yaşadığı Lenin kəndində Qırğızıstanın Müstəqillik Günü qeyd olunub.
APA xəbər verir ki, bayram tədbirində konsert proqramı ilə yanaşı, qırğız, rus və Azərbaycan mətbəxinə aid yeməklərin təqdim olunduğu stendlər fəaliyyət nümayiş edilib.
Tədbir çərçivəsində Qırğızıstan azərbaycanlılarının “Birlik” təşkilatı tərəfindən Azərbaycanın milli yeməkləri və geyimləri nümayiş etdirilib.
Qeyd edək ki, Rəsmi məlumatlara görə, hazırda Qırğızıstanda 20 mindən çox azərbaycanlı yaşayır. Onların böyük hissəsi repressiya dövründə Qırğızıstan və Qazaxıstana sürgün edilən azərbaycanlıların nəsilləridir.
Lamiyə Ramazanlı