Bişkekdə ağır qəza olub, 8 nəfər xəsarət alıb

26.11.2024

Operativ MM portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qırğızıstanın paytaxtı Bişkekdə 8 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata əsasən, sərnişin avtobusu ilə “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində 5 sərnişin və avtomobildə olan 3 nəfər xəsarət alıb.

Zərərçəkənlər xəstəxanalara çatdırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью