Bişkekdə Heydər Əliyev və ədəbiyyat” kitabı çapa hazırlanır

07.12.2024

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Qırğızıstanın Bişkek şəhərində Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təşəbbüsü ilə yazıçı Elşad Baratın Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş "Heydər Əliyev və ədəbiyyat" adlı kitabı çapa hazırlanır.

On hissədən ibarət olan kitab Ulu öndər Heydər Əliyevin  keçmiş sovet və Azərbaycanın müstəqillik illərində mədəniyyətimizə, ədəbiyyatımıza diqqət və qayğısının bir sıra tarixi anlarını, özünəməxsus məqamlarını əks etdirir.

Bundan başqa topluda Hey­dər Əli­ye­vin 1969-1982-ci il­lər­də res­pub­li­ka­ya rəh­bər­lik et­di­yi dövr­lər­də yüz­lər­lə ye­ni təd­ris ocaq­ı, gənc­lik mər­kəz­i, hər­bi mək­təb­in açıl­ması, min­lər­lə azərbay­can­lı gəncin keçmiş SSRİ-nin nü­fuz­lu ali mək­təb­lə­rin­də təh­sil al­ması , müa­sir ix­ti­sas­la­ra yi­yə­lən­məsi haqqında geniş mülahizələr yer alıb. 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Bişkek 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью