Bişkekdə TDTnin Zirvə görüşünün yekunları üzrə 16 sənəd imzalanıb

06.11.2024

Icma.az bildirir, Olke.az portalına istinadən.

Bişkekdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Dövlət Başçılarının 11-ci Zirvə görüşünün yekunları üzrə 16 sənəd imzalanıb və təşkilata sədrlik Qırğızıstana keçib.

Ölkə.az-ın məlumatına görə, bunu Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev bildirib.

"Sammitin yekunları üzrə Bişkek Bəyannaməsi də daxil olmaqla 16 sənəd imzalanıb", - o qeyd edib.

XİN başçısı bildirib ki, Qırğızıstanın ticari-iqtisadi əlaqələr, nəqliyyat-logistika və təhlükəsizlik sahəsində TDT-nin inkişafı ilə bağlı öz baxışı var: “Biz təşkilatın inkişafı üzrə planların uğurla həyata keçiriləcəyinə ümid edirik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью