Bit bazarında satılan cihazın içindən tarix çıxdı 45 min avroya alındı

24.11.2026

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rumıniyada bir riyaziyyatçının "bit bazarı"ndan aldığı köhnə cihaz əslində İkinci Dünya müharibəsində istifadə olunan tarixi şifrələmə maşını imiş.

“Yeni Sabah” xəbər verir ki, paytaxtı Buxarestdə alim onu tərəddüd etmədən 100 avroya alıb.

Sonradan məlum olub ki, bu, nasist Almaniyasının İkinci Dünya müharibəsi zamanı hərbi məlumatları şifrələmək üçün istifadə etdiyi “Enigma I” modelidir. 1941-ci ildə Almaniyanın “Heimsoeth & Rinke” şirkətinin istehsalı olan cihaz öz qutusu ilə birlikdə qorunub saxlanılıb. Üstəlik, uzun illər keçməsinə baxmayaraq, işlək vəziyyətdə olub.  Onlayn mağaza

Riyaziyyatçı cihazı aldıqdan sonra onu təmizləyib, təmir edib və işləmə mexanizmini araşdırıb. "Enigma" Buxarestdə yerləşən “Artmark” hərrac evində satışa çıxarılıb. İlkin qiyməti 9 min avro müəyyən edilən maşın internet vasitəsilə hərraca qatılan anonim şəxsə 45 min avroya satılıb.

Əsmətxanım Rzazadə 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью