Bitcoin 100 min dolları ötdü

05.12.2024

Teleqraf.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Bitcoin" kriptovalyutasının qiyməti yüz min dolları ötüb.

Teleqraf.com xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Bildirilir ki, ABŞ-nin yeni seçilmiş prezidenti D.Trampın Qiymətli Kağızlar və Birja komissiyasına (SEC) Pol Atkinsi rəhbər təyin etməsindən sonra sözügedən kriptovalyutanın qiyməti rekord həddə çatıb.

Vaxtilə "bitcoin"ə skeptik yanaşan yeni Ağ ev lideri ölkəsini kriptovalyutanın mərkəzinə çevirəcəyinə söz verib.

Qeyd edək ki, D.Trampın prezident seçkilərindəki qələbəsi kripto bazarına güclü təkan verib.

Hazırda bazarın həcmi 3.3 trilyon dollar qiymətləndirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью