Bitcoin 101 min dolları keçib

17.01.2025

Icma.az, Anews saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bitkoinin qiyməti 24 saat ərzində 0,22% azalaraq 101 min dolları keçib. Bu barədə Bitget kriptovalyuta birjası məlumat yayıb. 
13 yanvarda Bitcoin 18 noyabr 2024-cü ildən bəri ilk dəfə 90 min dollardan aşağı düşüb.
Bitget Research baş analitiki Ryan Lee daha əvvəl demişdi ki, Bitcoin, ilk növbədə, ABŞ-ın gələcək aylarda pul siyasəti ilə bağlı investorların narahatlığı səbəbindən azalır.

Ekspert qeyd edib ki, yanvar ayında bitkoinin məzənnəsinə istehlak qiymətləri indeksi ilə bağlı məlumatların dərci təsir göstərə bilər, bunun əsasında ABŞ Federal Ehtiyat Sistemi əsas məzənnəni saxlaya və ya artıra bilər ki, bu da kriptovalyutalara təzyiqi artıracaq.

Aytac 


www.anews.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью