“Bitcoin” 4.23 faiz ucuzlaşıb

30.10.2026

Ayna saytına istinadən Icma.az xəbər verir.

“Bitcoin”in qiyməti son 24 saat ərzində 76 min 953 dollara düşüb

Dünyanın ən böyük kriptovalyuta birjası olan “Binance”də təhlükəsizlik problemləri ilə bağlı məlumatlar fonunda “Bitcoin”in qiyməti 77 min dollardan aşağı düşüb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, ticarət platformasının məlumatlarına görə, “Bitcoin”in qiyməti son 24 saat ərzində 76 min 953 dollara düşüb.

Bundan əvvəl, “Binance”ın haker hücumuna məruz qaldığı və birjanın beş blokçeyn üzərindən 3.5 milyard dollar itirdiyi barədə məlumatlar yayılıb.

Kriptovalyuta birjasının qurucusu Çanpenq Çjao sosial mediada vəziyyətin haker hücumuna bənzədiyini bildirib. O, artıq “Binance”ı idarə etmədiyini vurğulayıb. Çjao həmçinin “Tether Limited” və “Circle” şirkətlərinə müvafiq olaraq təxminən 971 milyon və 823 milyon dollar dəyərində olan kriptovalyuta tokenlərini dondurduqları üçün təşəkkürünü bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью