Bitcoin ABŞ nin strateji ehtiyatı olacaq

07.03.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp "Bitcoin"lərdən ibarət strateji kriptovalyuta ehtiyatının yaradılması barədə fərman imzalayıb.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ prezidentinin elmi-məsləhət komitəsinin həmsədri və süni intellekt və kriptovalyutalar sahəsində siyasətə cavabdeh şəxs olan Devid Saks "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Onun sözlərinə görə, ehtiyat təxminən 200 min "Bitcoin"dən ibarət ola bilər.

"Ehtiyat federal hökumətə məxsus olan, cinayət və ya mülki işlər çərçivəsində aktivlərin müsadirə edilməsi yolu ilə əldə edilən "Bitcoin"lər hesabına formalaşdırılacaq", - deyə Saks bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью