Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Son sutkada kriptovalyuta bazarında əsas aktivlərin əksəriyyətində qiymət artımı qeydə alınıb.
Bazarın aparıcı aktivi olan Bitcoinin qiyməti son 24 saatda 2,08% artaraq 75 890 ABŞ dolları olub.
İkinci ən böyük kriptovalyuta olan Ethereum-un qiyməti 1,90% yüksələrək 2 318 ABŞ dollarına çatıb.
Digər əsas aktivlərdə də artım müşahidə edilib. Belə ki, XRP 1,58% bahalaşaraq 1,42 ABŞ dolları, BNB 1,74% artaraq 631 ABŞ dolları, Solana isə 1,30% yüksələrək 85,55 ABŞ dolları səviyyəsinə çatıb.
Eyni zamanda, Dogecoin-in qiyməti 0,92% artaraq 0,095 ABŞ dolları təşkil edib. Stabilkoin olan Tether-in qiyməti isə dəyişməyərək 1,00 ABŞ dolları səviyyəsində qalıb. TRON-un qiyməti isə 1,06% azalaraq 0,328 ABŞ dolları olub./ “APA-Economics”