Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Bitcoin" (BTC) kriptovalyutasının məzənnəsi tarixi maksimum həddini yeniləyib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat "CoinMarketCap" platformasında yer alıb.
BTC-nin qiyməti 109 400 ABŞ dollarına çatıb. Həmçinin "Coinbase" birjasında da yeni rekord qeydə alınıb - 109 500 dollar.
Mayın 21-i, Bakı vaxtı ilə saat 19:10-a olan məlumata görə, BTC-nin qiyməti 109 200 dollar səviyyəsində olub.