Bitcoin in qiyməti 64 min dollardan aşağı enib

12.08.2026

Icma.az, Apa.az saytına istinadən bildirir.

Kriptovalyuta bazarında son 24 saat ərzində bir sıra əsas aktivlərin qiymətlərində artım qeydə alınıb.

“APA-Economics” xəbər verir ki, əsas altkoinlərdən Ethereum (ETH) 0,74% bahalaşaraq 1 884,61 ABŞ dollarına, BNB isə 2,03% artaraq 610,48 ABŞ dollarına yüksəlib.

Bazarın lideri olan Bitcoin (BTC) son 24 saatda 0,37% ucuzlaşaraq 63 589,44 ABŞ dollarına enib. Həmçinin, Hyperliquid (HYPE) də 0,56% ucuzlaşaraq 54,72 ABŞ dollarına düşüb.

Digər əsas kriptovalyutalardan XRP 1,48%, Solana (SOL) 0,41%, TRON (TRX) isə 1,31% bahalaşıb. Son 24 saatda ilk onluqda ən çox bahalaşan aktiv Dogecoin (DOGE) olub. Onun qiyməti 2,10% artaraq 0,07149 ABŞ dollarına çatıb.

Tether (USDT) və USD Coin (USDC) isə dəyişməyərək müvafiq olaraq 0,9990 və 0,9999 ABŞ dolları səviyyəsində ticarət olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью