Bitcoin in qiyməti 69 min dolları ötüb

20.08.2026

Icma.az, Apa.az saytına istinadən bildirir.

Kriptovalyuta bazarında son sutka ərzində kəskin bahalaşma qeydə alınıb.
“APA-Economics” xəbər verir ki, “CoinMarketCap” platformasında Bitcoin son 24 saatda 7,44% bahalaşaraq 69 066,66 ABŞ dollarına yüksəlib.
“Ethereum”da daha kəskin artım qeydə alınıb.
Kriptovalyutanın qiyməti sutka ərzində 17,52% artaraq 2 244,8 dollara çatıb.
Digər əsas kriptovalyutalardan BNB 3,75% bahalaşaraq 623,99 dollara, Zcash 9,51% artaraq 552,76 dollara, Monero isə 4,29% yüksələrək 426,82 dollara çatıb.
Bitcoin Cash 3,05%, Bittensor isə 7,02% bahalaşıb.
Son 24 saatda ümumi kriptovalyuta bazarının kapitallaşması 7,27% artaraq 2,35 trilyon dollara yüksəlib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью