Bitcoin in qiyməti 80 min dollardan aşağı düşüb

05.09.2026

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son sutkada kriptovalyuta bazarında qarışıq dinamika müşahidə olunub

Avtosfer.az xəbər verir ki, CoinMarketCap platformasında “Bitcoin”in qiyməti son 24 saatda 1,19% azalaraq 79 662,81 ABŞ dolları təşkil edib. “Ethereum”un qiyməti 1,93% azalaraq 2 453,75 dollara, “XRP”in qiyməti isə 2,74% geriləyərək 1,40 dollara düşüb.

Bununla yanaşı, bəzi əsas kriptovalyutalarda artım qeydə alınıb. Belə ki, “BNB”nin qiyməti son sutkada 0,50% artaraq 724,45 dollara, “TRON”un qiyməti 1,14% yüksələrək 0,3320 dollara çatıb. “Zcash”ın qiyməti isə 6,74% artaraq 1 015,60 dollar olub.

“Solana”nın qiyməti 1,37% azalaraq 102,05 dollara, “Hyperliquid”in qiyməti 2,04% geriləyərək 84,05 dollara, “Dogecoin”in qiyməti isə 1,96% azalaraq 0,08498 dollara enib.

Stabil kriptovalyutalarda isə ciddi dəyişiklik müşahidə edilməyib. “Tether”in qiyməti 24 saat ərzində 0,02% artaraq 1 dollar, “USDC”nin qiyməti isə 0,01% azalaraq 0,9998 dollar təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью