Bitcoin in SON qiyməti

16.06.2026

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kriptovalyuta bazarında son sutkada əsas aktivlərdə üzrə yüksəliş davam edib.
Bizim.Media xəbər verir ki, kriptovalyuta bazarının ümumi kapitallaşması son 24 saatda 1,51% artaraq 2,27 trilyon ABŞ dollarına çatıb.
Bazarın lideri olan “Bitcoin”in (BTC) qiyməti 66 216 ABŞ dolları təşkil edib. Kriptovalyuta son 24 saatda 0,97%, son bir həftədə isə 5,44% bahalaşıb.
Bazar dəyərinə görə ikinci ən böyük kriptovalyuta olan “Ethereum”un (ETH) qiyməti 1 788 ABŞ dollarına yüksəlib. Aktiv son 24 saatda 4,05%, son 7 gündə isə 7,11% dəyər qazanıb. BNB-nin qiyməti isə 614,87 ABŞ dolları olub ki, bu da həftəlik ifadədə 2,9% artım deməkdir.
Qızıl əsaslı rəqəmsal aktivlərdən PAX Gold (PAXG) 4 300,30 ABŞ dollarından ticarət olunub. Tokenin qiyməti son 24 saatda 0,37%, son 7 gündə isə 0,5% azalıb. “Tether Gold”un (XAUt) qiyməti isə 4 291,12 ABŞ dolları təşkil edib. Aktiv son sutkada 0,3%, son bir həftədə isə 0,46% ucuzlaşıb.
Ən çox bahalaşan iri kriptovalyutalar arasında Zcash (ZEC) və Monero (XMR) da yer alıb. ZEC-in qiyməti son 24 saatda 8,68%, Monero isə 1,95% artıb.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью