Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-İran gərginliyinin təsiri fonunda kriptovalyuta bazarında satışlar davam edir.
Bakıvaxtı.az xəbər verir ki, CoinMarketCap məlumatlarına görə, bazarın ümumi kapitallaşması son sutkada 1,96% azalaraq 2,12 trilyon dollara enib.
Ən böyük kriptovalyuta olan “Bitcoin”in qiyməti 61,4 min dollara düşüb. Aktiv son 24 saatda 2,14%, son bir həftədə isə 7,64% dəyər itirib. “Ethereum”un qiyməti 1 629 dollara qədər geriləyib ki, bu da həftəlik müqayisədə 11,59% azalma deməkdir. BNB isə son 7 gündə 7,81% ucuzlaşıb.
Bazar iştirakçılarının təhlükəsiz aktivlərə yönəlməsi nəticəsində qızılın qiymətinə bağlı rəqəmsal aktivlər diqqət çəkib. PAX Gold (PAXG) və Tether Gold (XAUt) bazar dəyərinə görə ilk sıralarda qərarlaşıb. Hər iki tokenin qiyməti 4 100 dollardan yuxarı səviyyədədir.
“CoinMarketCap”ın "Fear & Greed" indeksi 14 bənd təşkil edib ki, bu da bazarda "həddindən artıq qorxu" vəziyyətinin hökm sürdüyünü göstərir.
Analitiklər qeyd edirlər ki, ABŞ-nin İrana qarşı hərbi əməliyyatları və Yaxın Şərqdə artan gərginlik riskli aktivlərdən çıxışları sürətləndirib.
Məlumatlara görə, geosiyasi xəbərlərin təsiri ilə kriptovalyuta bazarında təxminən 420 milyon dollarlıq mövqe məcburi bağlanıb.