Bitcoin maksimumunu yenilədi

21.09.2026

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

"Bitcoin"in (BTC) məzənnəsi ilin əvvəlindən bəri maksimumunu yeniləyib. Sentyabrın 21-də, bazar ertəsi günü, məzənnə yanvarın 31-dən bəri kəskin şəkildə artıb və ilk dəfə olaraq 84 000 dolları keçib.

Bu barədə Oxu.Az RBC nəşrinə istinadən məlumat verir.

Məlumata görə, Bakı vaxtı ilə saat 13:00-da "Bitcoin" təxminən 83 700 dollar səviyyəsində ticarət olunur. Bir saat ərzində ilk kriptovalyutanın qiyməti 2 000 dollardan çox artıb. Gündəlik artım 4.4% təşkil edib. İlk 100-lükdə olan bütün kriptovalyutalar son 24 saat ərzində bahalaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью