Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

22.03.2026

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Bitcoin müharibə və geosiyasi risklərin artması fonunda 69 min dollardan aşağı enib. Hazırda BTC-nin qiyməti təxminən 68 370 dollar, Ethereum-un qiyməti isə 2 062 dollar səviyyəsindədir.
Bizim.Media xəbər verir ki, Bloomberg-in məlumatına görə, bazar günü Bitcoin 3,3 faiz ucuzlaşaraq təxminən 68 150 dollara qədər geriləyib və bu, martın əvvəlindən bəri ən aşağı səviyyələrdən biri olub.
Ethereum da təxminən 5 faizə yaxın dəyər itirib, Solana, XRP və Cardano da ucuzlaşıb.
Mütəxəssislər bildirirlər ki, kriptobazara təzyiqi yalnız müharibə qorxuları deyil, həm də enerji qiymətlərinin artması və ABŞ-da kriptotənzimləmə ilə bağlı gözləntilərin zəifləməsi gücləndirir.
Reuters-in martın 17-də yaydığı məlumata görə, Citi də ABŞ-da kriptorequlyasiya prosesinin ləngiməsi səbəbindən Bitcoin və Ethereum üzrə 12 aylıq hədəf qiymətlərini aşağı salıb.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью