“Bitcoin” sürətlə ucuzlaşır

18.11.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Kriptovalyuta bazarında əsas aktivlərin qiymətində azalma davam edir.

Bakıvaxtı.az xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin”in qiyməti son 24 saatda 0,84% azalaraq 64 354,46 ABŞ dollarına enib. Son 7 gündə qiymət itkisi 12,60% təşkil edib.

“Ethereum”un qiyməti 1,34% azalaraq 1 803,38 dollara, BNB-nin qiyməti 0,35% geriləyərək 591,36 dollara düşüb. “Bitcoin Cash”in qiyməti 0,25% azalaraq 208,44 dollara, “Quant”ın qiyməti isə 0,46% geriləyərək 152,72 dollara enib.

Bununla yanaşı, bəzi kriptovalyutalarda qiymət artımı qeydə alınıb. “Zcash”ın qiyməti 3,48% artaraq 952,41 dollara, “Monero”nun qiyməti 2,80% yüksələrək 506,96 dollara çatıb. “Bittensor”un qiyməti isə 1,35% artaraq 195,86 dollar təşkil edib.

Qızıl əsaslı kriptovalyutalarda da azalma müşahidə olunub. “PAX Gold”un (PAXG) qiyməti 2,04% azalaraq 3 775,92 dollara, “Tether Gold”un (XAUT) qiyməti isə 2,06% geriləyərək 3 773,99 dollara düşüb.

Kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 0,54% azalaraq 2,19 trln. dollar təşkil edib. “CoinMarketCap 20” indeksi 0,61% geriləyərək 129,51 bəndə enib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью