Bitcoin ucuzlaşdı FOTO

24.02.2025

Icma.az bildirir, Bizim media portalına istinadən.

Fevralın 24-də kriptovalyuta birjalarında "Bitcoin" ucuzlaşıb.
Bizim.Media xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 09:40-da “CoinMarketCap” platformasında 0.65% ucuzlaşaraq 95 691 ABŞ dolları təşkil edib.
 

Son bir gündə "Ethereum"un qiymətində də azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 2.01% azalaraq 2721.51 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 2.43%, BNB isə 3.45% ucuzlaşıb.


Qeyd edək ki, "Bitcoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb. 

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью