Bitcoin və Ethereum ucuzlaşıb

19.06.2026

Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müəllif:Mehin Qasımova,Banco.az

Bazar kapitallaşması baxımından ən böyük iki kriptovalyuta olan  "Bitcoin" və "Ethereum" ucuzlaşıb.

Banco.az xəbər verir ki, bu barədə Binance platformasının məlumatlarında bildirilib.

Belə ki,  "Bitcoin" 2,57% azalaraq 62.977 dollara, "Ethereum" isə 2,77% azalaraq 1.707 dollara düşüb.

Coinmarketcap-a görə, 19 iyun tarixinə olan məlumata görə, kriptovalyuta bazarının ümumi kapitallaşması 2,17 trilyon dollar təşkil edib. Bunun 1,26 trilyon dolları (58,1%) Bitkoin, 205,8 milyard dolları (9,5%) isə Ethereum-dur.

Coinglass-ın məlumatlarına görə, qlobal kripto birjaları son 24 saat ərzində 120.000-dən çox treyderin mövqelərini likvidasiya edib ki, bu da ümumi məbləği 468.23 milyon dollardır. Likvidasiyaların əksəriyyəti Bitcoin-də baş verib. Bu likvidasiyaların təxminən 376.75 milyon dolları uzun mövqelər, 91.43 milyon dolları isə qısa mövqelər üçün olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью