Bitcoin yeni rekord qıraraq 96 000 dolları keçdi

21.11.2024

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Bitcoin" dəyəri tarixi maksimumu yeniləyərək 96 000 dolları (163.2 min manat) keçib.

Oxu.Az-ın məlumatına görə, bu barədə "Binance" platformasının məlumatlarından aydın olur.

Bakı vaxtı ilə saat 07:23-ə olan məlumata görə, kriptovalyuta 95 000 dollar (161.5 min manat) həddini keçərək ani olaraq rekord hədd olan 95 200 dollara (161.8 min manat) (+3,87%) çatıb.

Bakı vaxtı ilə 07:30-a olan vəziyyətə görə, "Bitcoin" artımını sürətləndirərək 95 652 dollar (162.6 min manat) (+4.21%) səviyyəsində olub.

Bakı vaxtı ilə 08:06-da kriptovalyuta 96 000 dollar həddini keçərək ani olaraq rekord hədd olan 96 572 dollara (164.1 min manat) (+5.12%) çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью