Bitcoin yenidən bahalaşdı

03.02.2026

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Qlobal kriptovalyuta bazarında son 24 saatda qiymətlər üzrə müsbət dinamika qeydə alınıb.
Bizim.Media xəbər verir ki, sutkalıq dinamika fonunda bazarın ümumi kapitalizasiyası 3,38% artaraq 2,65 trln. ABŞ dollarına yüksəlib.
"Bitcoin"in qiyməti son 24 saatda 4,42% artaraq 78 699 dollar, "Ethereum"un qiyməti isə 5,48% yüksələrək 2 338 dollar səviyyəsinə çatıb. Eyni dövrdə BNB 3,84% artaraq 777 dollar, XRP 3,31% artaraq 1,61 dollar, Solana 4,65% artaraq 104 dollar, Dogecoin isə 4,97% artaraq 0,107 dollar olub.
Stabilkoinlərdə ciddi dəyişiklik qeydə alınmayıb: Tether sutka ərzində 0,02% artaraq 0,999 dollar, USDC isə 0,01% azalaraq 0,9996 dollar səviyyəsində qərarlaşıb.
Sutka üzrə ən yüksək artım Hyperliquid aktivində qeydə alınıb – qiymət 21,73% yüksəlib.
Analitiklər sutkalıq bahalaşmanı əvvəlki günlərdəki kəskin enişdən sonra bazarda formalaşan texniki bərpa və qısamüddətli alış aktivliyi ilə əlaqələndirirlər.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью