Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kriptovalyuta bazarında son günlər müşahidə olunan ucuzlaşmadan sonra güclü bahalaşma qeydə alınıb. Əsas rəqəmsal aktivlərin hamısı son 24 saat ərzində dəyər qazanıb.
Bakıvaxtı.az xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin”in qiyməti son sutkada 4,72% artaraq 80 374,24 ABŞ dollarına yüksəlib. Bununla belə, kriptovalyutanın qiyməti son 30 gündə 6,10% azalıb.
“Ethereum” 6,89% bahalaşaraq 2 418,61 dollara, BNB 3,55% artaraq 713,49 dollara çatıb. “Zcash” 8,95% bahalaşaraq 1 314,20 dollara, “Monero” isə 1,64% yüksələrək 638,71 dollara çatıb.
Digər kriptovalyutalardan “Bitcoin Cash” 4,43% bahalaşaraq 281,75 dollara, “Bittensor” 5,14% artaraq 234,86 dollara çatıb. “Quant” isə 8,35% bahalaşaraq 206,83 dollara yüksəlib.
Qızıl əsaslı kriptovalyutalarda da ciddi bahalaşma müşahidə olunub. “PAX Gold” (PAXG) 4,55% bahalaşaraq 4 129,11 dollara, “Tether Gold” (XAUT) isə 4,49% dəyər qazanaraq 4 116,68 dollara çatıb.
“CoinMarketCap 20” indeksi son 24 saatda 5,07% artaraq 163,49 bənd təşkil edib. “Bitcoin”in bazar kapitallaşması 1,62 trln. dollara yaxınlaşıb.