Bitcoin yenidən bahalaşmağa başlayıb Kriptobirjada son göstəricilər

10.03.2025

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Martın 10-da kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti yenidən artmağa başlayıb.

"APA-Economics" xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 9:00-da “CoinMarketCap” platformasında 0.65% bahalaşaraq 82 625 ABŞ dolları təşkil edib."Bitcoin" son bir sutkada isə 4% civarında ucuzlaşıb.

Son bir gündə "Ethereum"un qiymətində də azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 5.34% azalaraq 2 072 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan Tether son sutkada 0,01%, XRP 5.77%, BNB isə 4.23% ucuzlaşıb.

Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью