“Bitcoin” yenidən ucuzlaşıb

07.10.2026

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyətində ucuzlaşma qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, “CoinMarketCap” platformasında “”in qiyməti son 24 saatda 1,69% azalaraq 84 122,74 ABŞ dollarına enib. Bununla belə, kriptovalyuta son 7 gündə 0,95%, son 30 gündə isə 5,70% bahalaşıb.

“Ethereum” 3,49% ucuzlaşaraq 2 608,05 dollara, BNB 1,91% azalaraq 766,64 dollara, “Zcash” 1,72% geriləyərək 1 317,63 dollara enib. “Monero” 0,72%, “Bittensor” 3,21%, “Solana” isə 1,65% dəyər itirib.

Qızıl əsaslı “PAX Gold” (PAXG) isə ümumi bazar dinamikasından fərqli olaraq 0,32% bahalaşaraq 4 148,09 dollara yüksəlib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью