“Bitcoin”in qiyməti 8 ayın maksimumuna yüksəlib

21.09.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 21 sentyabr, AZƏRTAC

“Bitcoin”in qiyməti son 8 ayın maksimum səviyyəsinə yüksəlib.

AZƏRTAC xəbər verir ki, dünyanın əsas kriptovalyutası 3,7 faizdən çox artaraq 84 min 129 dolları keçib. “Bitcoin”in qiyməti cümə günündən bəri artım göstərir.

Ötən həftə sonu ABŞ-də spot “Bitcoin” birja ticarət fondları həftə ərzində 593 milyon dollar kapital cəlb edib. Birjalalr həftəlik xalis 6 milyon dollar artım təmin edib. “Bitcoin”in cümə günü 6 faizdən çox artmışdı.

Ekspertlər bildirirlər ki, “Bitcoin” bazarı yüksəliş trendindən faydalanır. İnvestorlar qiymətdəki enişlərdən qorunma strategiyasından rallilərdən qazanc əldə etmək strategiyasına keçirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью